Avqustun 19-da Mərkəzi Aran Regional Təhsil İdarəsində bölgənin əhatə etdiyi media nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və 17 müxtəlif media qurumunu təmsil edən jurnalist iştirak edib.
Həmçinin idarə müdiri görüşdə regionun təhsilinin uğurla inkişaf etdirilməsi, kadr islahatlarının aparılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər məsələləri vurğulayıb.