Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayır

Mediamızın inkişafı ali təhsil ocaqlarının jurnalistika fakültələrindən başlayır
SOSİAL
13:37 20.10.2022
135
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun imzalanmasında məqsəd qarşılıqlı fəaliyyət istiqamətləri üzrə əməkdaşlığın gücləndirilməsi və inkişaf etdirilməsi, universitet tələbələri üçün praktiki və nəzəri təlimlərin təşkilinin reallaşdırılması, media sahəsində müasir çağırışlara cavab verən kadrların hazırlanmasına dəstək göstərilməsidir.

Qeyd etməliyik ki, bu MEDİA və univeristetlər arasında əməkdaşlığın qurulması istiqamətində atılan çoxsaylı addımlardan sadəcə biridir. Bundan əvvəl də Agentlik jurnalistika tələblərinin peşəkar kadrlar kimi hazırlanması məqsədilə çoxsaylı zəruri addımlar atıb.
 

Elə bu il, martın 17-də ADA universiteti ilə MEDİA arasında imzalanan əməkdaşlıq memorandumunu xatırlada bilərik. Əməkdaşlıq çərçivəsində artıq bir sıra addımlar da atılıb.

Memorandumun imzalanmasından 1 ay sonra, aprelin 18-də Medianın İnkişaf Agentliyi (MEDİA) və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə "Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarlar keçirilib.

Oktyabrın 10-da isə MEDİA və ADA-nın birgə təşkilatçılığı ilə telejurnalistlər üçün "Audiovizual media mühitində universal jurnalist” mövzusunda təlimlərə başlanılıb.

BDU və ADA ilə yanaşı, Medianın İnkişafı Agentliyinin Bakı Slavyan Universiteti və İdman Akademiyası ilə əməkdaşlığını da xatırlatmaqda fayda var.

Nümunələrdən də göründüyü kimi, MEDİA son aylarda universitetlərlə əməkdaşlığın qurulması yönündə ciddi tədbirlər görür.

Bu da müsbət qarşılanmalıdır. Çünki günümüzdə peşəkar, çağımızın tələblərinə cavab verən jurnalistlərə böyük ehtiyac var. Jurnalistlər isə ilk növbədə universitetlərdə yetişməyə başlayır, onların peşə fəaliyyətinin bünövrəsi məhz burada qoyulur.

Həmin dönəmdən etibarən nəzəri biliklərə yiyələnməklə yanaşı, praktiki bilgilərə də sahib olmaq da mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə MEDİA öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirir, yetirməyə davam edir.

Agentlik mütəmadi olaraq təşkil olunan təlimlərə yerli və xarici peşəkar jurnalistləri cəlb edir, eləcə də bu ixtisas üzrə təhsil alan tələbələrin daha da təkmilləşməsi üçün mötəbər tədbirlərə və xarici səfərlərə qatılmasına imkan yaradır.

Digər tərəfdən MEDİA könüllüləri layihəsini də bu yöndə xüsusi addım kimi vurğulamalıyıq. Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr Agentlikdə könüllü fəaliyyət keçməklə, bu işin sirrlərinə yerindəcə yiyələnmək və çalışmaq imkanı əldə edirlər.

Ümumilikdə, universitetlərlə əməkdaşlıq son illər mütəmadi xarakter alan media islahatlarının sadəcə bir hissəsidir.

Medianın İnkişafı Agentliyinin media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki və hüquqi bazalarının möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılması yönündə zəruri tədbirlər həyata keçirir ki, bu da ölkəmizdə müasir çağırışlara cavab verən medianın yaradılması baxımından mütərəqqi addımlar hesab oluna bilər.

Bununla yanaşı, son günlərdə Agentliyin media qurumlarının reyestrə salınması istiqamətində fəal işlər görür.

 

Bu istiqamətdə Agentlik Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair detallı video təlimat yayımlayıb. Eyni zamanda yaranan suallar da Agentliyin rəsmiləri tərəfindən operativ şəkildə cavablandırılır, reyestrə düşməkdə çətinliklər yaşayan media qurumlarına zəruri yardım göstərilir.

Əminliklə deyə bilərik ki, MEDİA-nın fəaliyyəti nəticəsində ölkəmizdə jurnalistika fəaliyyəti üçün yeni mərhələnin əsası qoyulub.

Nəticələri isə artıq aydın şəkildə görmək mümkündür. Və fəaliyyətin bu templə davam etməsi, davamlılığı təkcə Azərbaycanda gənc və peşəkar jurnalistlərin yetişməsi baxımından yox, ümumilikdə, ölkə mediasının müasir çağırışlara cavab verən yüksək inkişaf səviyyəsinə çatması aspektindən öz məntiqi nəticələrini göstərəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
05:46 15.03.2026
Azərbaycanda yeni peşə və ixtisaslar yaradılır - VİDEO
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
04:11 15.03.2026
Aİ Rusiyaya qarşı sanksiyaları daha altı ay müddətinə uzadıb
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
03:29 15.03.2026
Beyrutda yenidən partlayışlar: İsrail hava zərbələri endirdi
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
02:17 15.03.2026
İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
01:34 15.03.2026
ABŞ vətəndaşlıqdan imtina üçün ödənişləri 80 faiz azaltdı
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
01:12 15.03.2026
Hansı universitetlər bölgələrə köçürülür? - VİDEO
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
00:48 15.03.2026
Bu bürclər xoşbəxtlik gətirir: onların yaxınlığında şanslı bir zolaq başlayır
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
00:36 15.03.2026
Rüfət Nasosnu "Milyonların şousu"nda bu məbləği QAZANDI - VİDEO
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
00:21 15.03.2026
Avtomobili yüksək səslə idarə edənləri hansı cəza gözləyir? - VİDEO
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
00:08 15.03.2026
"Mənim dövrümdə İran çiçəklənəcək" - Rza Pəhləvi
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
23:56 14.03.2026
Naxçıvanda avtomobil su kanalına aşıb, bir ailənin dörd üzvü xəsarət alıb
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
23:53 14.03.2026
Gürcüstanda azərbaycanlı yeniyetmə boks üzrə ölkə çempionu oldu
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
23:39 14.03.2026
Təbrizdəki yazıçımız: Həmid Herisçinin müharibə gündəliyi – “Sabah bizi də həbs edə bilərlər…”
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
23:21 14.03.2026
"Qalatasaray" "Başakşəhər"i məğlub edərək liderliyini möhkəmlətdi
Daha bir general öldürüldü
23:12 14.03.2026
Daha bir general öldürüldü
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”
23:07 14.03.2026
“İran ballistik raketlərinin Türkiyəyə buraxılması yerləri müəyyən edilib”