Mediasiya Şurasının hüquqları artırılır.
AZXEBER.COM-un xəbərinə görə, bu, Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Mediasiya haqqında” haqqında qanuna təklif edilən dəyişiklikdə əksin tapıb.
Qüvvədə olan qanuna əsasən, üzvlük haqqını il ərzində altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəməyən və mediasiya fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat verməyən mediasiya təşkilatının Mediasiya Şurasının üzvlüyündən çıxarılması yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə həyata keçirilir. Layihəyə əsasən, artıq bu hallarda məhkəmənin qərarı tələb olunmayacaq.