Merdokun varis problemi həll olundu - "Fox"u artıq övladları idarə etməyəcək

Merdokun varis problemi həll olundu - "Fox"u artıq övladları idarə etməyəcək
DÜNYA
14:29 09.09.2025
275
Tanınmış amerikalı biznesmen və media maqnatı Rupert Merdokun ölümündən sonra davam edən idarəçilik problemi sona çatıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, yeni razılıqla "Fox News"un gələcəkdə istiqamətini dəyişməsinin qarşısı alınıb və hazırkı mühafizəkar mövqeyini qoruyub saxlayıb.

Yeni müqaviləyə əsasən, Rupertin seçdiyi varisi Laklen Merdok "Fox Corporation"a nəzarət edəcək.
  
Rupertin digər üç övladı bu təşkilata nəzarət etməyəcəklər. Bunun müqabilində hər biri təxminən 33 milyard dollar dəyərində pay alacaq.

Mikayıl
OXŞAR XƏBƏRLƏR