Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub.
AZXEBER.COM axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, Ukraynanın "Azov" alayının döyüşçüləri azad edilib.
Mübadilə çərçivəsində keçmiş xalq deputatı, "Müxalifət Platforması - Həyat naminə" birliyinin liderlərindən biri Viktor Medvedçuk Rusiya tərəfinə təhvil verilib.