Medvedev: Bizə məğlubiyyət arzulayan şəxsləri heç vaxt Rusiyaya buraxmaq olmaz

Medvedev: Bizə məğlubiyyət arzulayan şəxsləri heç vaxt Rusiyaya buraxmaq olmaz
DÜNYA
19:54 28.12.2022
248
"Ölkəsinə nifrət edən, onu məğlubiyyətə, ölümə çağıran satqınlar cəmiyyətin düşməni kimi qəbul edilməlidir. Bu şəxslərə qarşı heç kim inzibati və cinayət işi başlatmasa belə”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev "Telegram” kanalında yazıb.

"Belə şəxsləri ömürlərinin sonuna kimi Rusiyaya buraxmaq olmaz. Onlar ölkəmizdəki gəlir mənbələrindən tamamilə kəsilməlidirlər. Belə şəxslərin evə qaytarılması yalnız əvvəlcədən birmənalı olaraq ictimai tövbə edildikdə, müvafiq hallarda isə amnistiya və ya əfv ilə həyata keçirilə bilər”, deyə Medvedev qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR