Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu açıqladı

Medvedev nüvə silahının istifadəsi riskinin yüksək olduğunu açıqladı
DÜNYA
02:13 28.11.2024
447
Rusiya Təhlükəsizlik Şurasının (TŞ) sədri Dmitri Medvedev nüvə silahından istifadə riskinin yüksək olduğunu və NATO hərbi bazalarına zərbələr endirmək ehtimalının olduğunu açıqlayıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu barədə sabiq prezident "Al Arabiya”ya müsahibəsində deyib.

"Risklər yüksəkdir. Lakin bu o demək deyil ki, bu risklər geri dönməzdir”, – o, nüvə silahından istifadənin reallığından danışarkən qeyd edib və əlavə edib ki, Moskva bu cür silahdan heç vaxt istifadə etmək istəməzdi, çünki bu son tədbir olardı.

"Konkret hərbi obyektlərə, hər hansı dövlətdəki bazalara gəlincə, hazırda münaqişə eskalasiya ssenarisi üzrə inkişaf edərsə, heç nəyi istisna etmək olmaz, çünki NATO-ya daxil olan dövlətlər əslində bu münaqişəyə tam şəkildə qoşulublar”, – deyə Medvedev Rusiyanın Polşa və Rumıniyada NATO hərbi bazalarına zərbələr endirmək ehtimalı ilə bağlı suala cavabında bildirib.

O əlavə edib ki, əgər NATO Ukraynada müharibə alovunu qızışdırmağı dayandırsa, bu münaqişəni bəşəriyyət üçün itkilər olmadan başa çatdırmaq olar.

Xatırladaq ki, Müdafiə Nazirliyi noyabrın 19-da Ukraynanın Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika ATACMS raketlərindən istifadə etdiyini bildirib. İki gündən sonra Rusiya ordusu yeni "Oreşnik” ortamənzilli ballistik raketi ilə Ukraynanın "Yujmaş” zavoduna zərbə endirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir