Medvedevdən Ukraynaya XƏBƏRDARLIQ: "Nüvə silahından istifadə edəcəyik"

Medvedevdən Ukraynaya XƏBƏRDARLIQ: "Nüvə silahından istifadə edəcəyik"
DÜNYA
12:20 31.07.2023
187
"NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu olarsa, nüvə silahından istifadə etməli olacağıq".
 
AZXEBER.COM Rusiya mediasına istinadən xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabından verdiyi açıqlamada deyib.
 
Nüvə silahından istifadədən başqada çarə olmadığını bildirən Medvedev "Düşmənlərimiz dua etməlidir ki, dünya nüvə alovlarına bürünməsin”, - deyib.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hücumu boyunca nüvə təhlükəsini davam etdirən Medvedev aprel ayında İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə Rusiyanın nüvə genişlənməsinə dair xəbərdarlıq etmiş, sentyabrda isə Rusiyanın tərkibinə daxil olan bölgələrin Ukraynadan müdafiəsi üçün strateji nüvə silahlarından istifadə ediləcəyini bildirmişdi.
 
Yanvar ayında NATO dövlətləri Ukraynaya silah göndərilməsini müzakirə edərkən verdiyi başqa bir bəyanatda Medvedev Rusiyanın müharibədə məğlubiyyətinin nüvə münaqişəsinə səbəb ola biləcəyini deyərək, "Nüvə gücləri böyük müharibələri uduzmur", - deyib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR