Klip televiziyalardan yığışdırılıb.
Rusiya prezidentin mətbuat katibi Natalya Timakova, 1-ci kanalın efirindən Dmitri Medvedyevin rəqsinə parodiyanın çıxarılması ilə bağlı qərarın səbəbini bilmədiyini söyləyib. AZXEBER.COM-un məlumatına görə, Medvedyevin oynamasını parodya edən video Kursk şəhərinin “Prima” Şən və Hazırcavablar komandası tərəfindən Yurmala şəhərindəki müsabiqəsinə təqdim etmək üçün hazırlanıb.
BBC-yə müsahibə verən “Prima” komandasının kapitanı Aleksandr Yakuşev Medvedev haqqında çəkdikləri videokllipin televiziyaya çıxarılmasının gözlənilməz olduğunu söyləyib.
Qeyd edək ki, Medvedyevi yamsılayan “Prima” komandasının klipi “YouTube”da 675.000 dəfə klik toplayıb.