Bakı şəhərinin Xətai rayonunda "Megafun” əyləncə mərkəzinin 2-ci mərtəbəsində helium şarlarının partlaması nəticəsində baş verən alışma nəticəsində 8 nəfərə (3-ü uşaq olmaqla) xəsarət alıb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Xəsarət alanlar ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Yanğın hadisəsi baş verməyib.