AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Gülnar Şəmiyevaya bu vəzifəyə qədər Bakıda 2 saylı uşaq evində tərbiyəçi - psixoloq kimi çalışıb.
Yeni direktorun 38 yaşı var. O dünən günorta saatlarında uşaq evində olub və vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, son vaxtlarda uşaq evində baş verən hadisələrlə əlaqədar yaradılan komissiya tərəfindən göstərilən iradların qısa müddətdə aradan qaldırılması ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tapşırıqlar verilib.