AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, Yerüstü Nəqliyyat Agentliyinin apardığı təhlillər nəticəsində Binəqədi şosesinin Mehdiabad yolu və Nicat Mustafayev küçəsi ilə kəsişmələrində nəqliyyat axınının buraxıcılıq qabiliyyətinin aşağı olduğu müəyyən edilib. Mövcud vəziyyətin yaxşılaşdırılması məqsədilə hazırlanan layihəyə Nəqliyyatı Əlaqələndirmə Şurasında baxılıb və layihə qəbul olunub. Yeni hərəkət sxemi çərçivəsində kəsişmələrdə nəqliyyat axını daha səmərəli şəkildə istiqamətləndiriləcək.
Bu dəyişikliklərin əsas məqsədi həm yolun buraxıcılıq qabiliyyətini artırmaq, həm də müxtəlif istiqamətlərdən gələn avtomobillərin yaratdığı münaqişəli nöqtələri minimuma endirməkdir. Tural Orucov deyir ki, bütün bunlar pik saatlarında yaranan sıxlığı azaltmağa hesablanıb.
Bununla da Binəqədi şosesinin həmin hissəsində xüsusilə pik saatlarda yaranan sıxlığın azalacağı və nəqliyyatın daha sürətli hərəkət edəcəyi gözlənilir. Layihənin icrasına yaxın günlərdə başlanacaq.











































