Mehdiabadda ağır qəza: "TikTok"da videoları ilə gündəm olan gənc öldü

Mehdiabadda ağır qəza: "TikTok"da videoları ilə gündəm olan gənc öldü
SOSİAL
10:50 03.06.2023
1633
Abşeron rayonunun Mehdiabad qəsəbəsində ölümlə nəticələnən qəza baş verib.

AZXEBER.COM Avtosfer.az-a istinadən xəbər verir ki, 30 may tarxində baş verən qəzanın əsas səbəbinin yüksək sürət həddi olduğu bildirilir.

Belə ki, 90-OX-168 dövlət nömrə nişanlı, "Qaz31" markalı avtomobilin sahibi anidən idarəetməni itirərək öncə yol kənarındakı ağaclara, daha sonra isə şəhid adına tikilən bulağa çırpılıb. Nəticədə tamamilə yararsız vəziyyətə düşən avtomobilin sürücüsü hadisə yerindəcə keçinib. Yan sükanda əyləşən dostu isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza qurbanına çevrilən Rüstəm adlı gənc "TikTok" hesabında yol-hərəkəti qaydalarına zidd, avtoxuliqanlığı nümayiş etdirən videolar paylaşıb.
OXŞAR XƏBƏRLƏR