Mehdiyev işi: Bakıdan Putinə gizli məktub – DETALLAR

Mehdiyev işi: Bakıdan Putinə gizli məktub – DETALLAR
SİYASƏT
23:36 18.10.2025
485
"2013-cü ildə Azərbaycanda dövlət çevrilişinə cəhd planlarını xatırlamaq yerinə düşər. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı” quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi, onların Azərbaycanın siyasi müxalifəti ilə əlaqələri formalaşdırıldı”.

AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.

Bu prosesdən bir qədər əvvəl "Ziyalılar Forumu” yaradılsa da, az sonra orda toplaşan ziyalılardan bəziləri məsələnin mahiyyətini anladılar. Məqsədini "cəmiyyətin problemlərinin müzakirəsi” elan edən Ziyalılar Forumunun bəzi üzvlərinin siyasi bəyanatlar səsləndirməsi digərlərinin bu klubdan uzaqlaşmasına səbəb oldu. Bunun ardınca isə həmin "ziyalılardan” bir qisminin və radikal müxalifətin toplaşdığı "Milli Şura” adlı rusiyapərəst birlik formalaşdı. Prezident seçkilərindən sonra bu şuranın Rusiya prezidentinə məktubu da mediada yayıldı. Bütün bu prosesdə Rüstəm İbrahimbəyov irəli verilib, "Milli Şura”nın vahid namizədi elan olunsa da, hamıya aydın idi ki, dirijorun solo çıxış üçün müəyyənləşdirdiyi şəxs məhz Abbas Abbasovdur. Abbas Abbasov həmin vaxt nəinki Azərbaycanın daxilindəki köhnə tanışlarından istifadə edir, Rusiyada onunla eyni siyasi mövqedən çıxış etməyən diplomatlara, iş adamlarına və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Yeri gəlmişkən, həmin vaxt xaricdə çalışan bəzi diplomatlarımız Abbas Abbasovun Rusiya bazarlarına qədər gedib, ordakı azərbaycanlıları belə bu prosesə qoşmaq istəməsi barədə açıqlamalar verirdilər. Bu açıqlamalardan sonra Ramiz Mehdiyev onların media çıxışlarına qadağa tətbiq etmişdi, Elmar Məmmədyarov isə diplomatları XİN sistemindən uzaqlaşdırmışdı.

Həmin dövrdə bu planlar baş tutmadı, xalqımız şimaldan əsən avantüra küləyinə aldanmadı, siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov müəyyən dövr itdi, efirdə görünmədi. Sonra aydın oldu ki, o, milyarder Telman İsmayılovun yanında işə düzəlib. Belə ki, Abbasov İsmayılovun qonaqlarını qarşılayır, yola salır, bir sözlə, lakeylik edir, Telman İsmayılovun yavəri qismində çalışırdı. Bütün bu avantüradan sonra, 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfər etdi. Həmin səfər çərçivəsində keçirilən müzakirələrlə bütün məsələlərə son qoyuldu.

Yeri gəlmişkən, Abbas Abbasov bu günə kimi Azərbaycana gələ bilmir. O, erməniəsilli qaynanasının dəfnində belə iştirak edə bilmədi”, – məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR