Məhəd Musağoludan daha bir yenilik!

GƏNCLİK
20:30 07.11.2013
1765

Yenə də möhtəşəm sərgi ilə qarşımızdadır...!

Azərbaycanın ən öndə gedən və professional fotoqraflarından olan dəfələrlə ölkəmizi xaricdə layiqincə təmsil edən Məhəd Musaoğlu bu dəfə də yeni bir lahiyəyə imza atacaq.Ötən tədbirlərin birində rastımıza çıxan fotoqraf azxeber.com-a verdiyi musahibədə bildirib ki, yeni layihələrlə gələcək: "Bildiyiniz kimi bundan əvvəlki sərgimdə professional olmayan bir fotokamera ilə çəkdiyim professional şəkillərdən ibarət ilk beynelxalq fotosergimi keçirmişdim və bu böyük kütlənin marağına səbəb olmuşdu indi isə daha da irəli gedərək bir daha sübüt edəcəm ki, fotoqrafiya deyildikdə heç də bahalı cihazla çəkilən effektli şəkillər nəzərdə tutulmur-bunun üçün sizə kiçik bir telefonda kifayət eder"

Fotoqraf deyib ki, bu sərgiyə Gənclər Fondu dəstək verir: "Mən bu sərgini Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər fondunun dəstəyi ilə həyata keçirirəm və onlara sonsuz minnətdarlığlmı birdaha dilə gətirirəm

Xatrladaq ki, bu sərgidə bir çox tanınmış şou biznes nümayəndələri və eyni zamanda millət vəkilləri də iştirak edəcək. 

Sərgi 15-16 noyabrda baş tutacaq 

OXŞAR XƏBƏRLƏR