Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vəliəhd şahzadəsi Məhəmməd bin Zayed Əl Nəhyanın təhlükəsizlik müşaviri kimi tanınan Məhəmməd Dahlan Fələstinlə bağlı diqqətçəkən açıqlamalar verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "New York Times” qəzetinə danışan Dahlan Misir, Səudiyyə Ərəbistanı və Əmirlik liderlərinin Fələstin dövləti istiqamətində səylərin bir hissəsi olan prosesləri dəstəkləməyə açıq olduqlarını bildirib.
Fələstində yeni liderliyə ehtiyac olduğunu müdafiə edən Dahlan deyib:
"Fələstin administrasiyasının başında yeni insanlar olmalıdır. Fələstin siyasi səhnəsindən təcrid olunub”.
Gülay