'Məhəmməd Əlidən sonra ən böyük əfsanə mənəm'

İDMAN
17:52 26.02.2013
1584

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama ilə yadda qalıb.

İsveçli futbolçu alman mətbuatına verdiyi açıqlamada Almaniyada oynamaq istədiyini bildirib: “Bundesliqa mənim ən çox diqqətimi çəkən liqalardan biridir. Bir gün burda forma geysəm çox xoşbəxt olaram. Kariyeramı bitirmək üçün hələ vaxtım var. Almaniyaya getsəm əlbətdə klubum “Bavariya” olar. Bu klub dünyanın ən böyük beş klubundan biridir”.

31 yaşlı hücumçu özünü məşhur boksçu Məhəmməd Əli ilə müqaisə edib. “Mən əlbəttə əfsanəyəm. Amma iki nəfər əfsanə olmur. Əlidən sonra ən böyük əfsanə mənəm”.

Qeyd edək ki, İbrahimoviç PSJ-nin heyyətində keçirdiyi 31 oyunda 24 qol vurub.

OXŞAR XƏBƏRLƏR