Məhəmməd Əlinin ölüm səbəbi məlum oldu

İDMAN
11:00 05.06.2016
5466
Vəfat edən əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.
Həkimlər idmançının septik şokdan öldüyünü bildiriblər.
Şok hələlik məlum olmayan təbii səbəblərə görə baş verib. Məhəmməd Əlinin yaxınları bildiriblər ki, o ömrünün son saatlarını məhz qohumları və dostlarının yanında keçirib.
Septik şok zamanı insan orqanizmində infeksion xəstəliklərdə iltihabi proseslər gedir və bunun nəticəsində toxumalara oksigen ötürülməsi pozulur.
Ailə üzvləri boksçunun dəfn tarixini də açıqlayıblar. Belə ki, əfsanəvi idmançı 10 iyunda, doğma Luisvill şəhərində torpağa tapşırılacaq.
Xatırladaq ki, Məhəmməd Əli dünən, müalicə aldığı xəstəxanada vəfat edib.
///“Qafqazinfo”
OXŞAR XƏBƏRLƏR