Məhəmməd Kekalovun həbs müddəti uzadıldı

Məhəmməd Kekalovun həbs müddəti uzadıldı
SOSİAL
22:32 15.03.2024
241
"Abzas media”nın direktor müavini Məhəmməd Kekalovun həbsdə saxlama müddəti uzadılıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

Hakim prokurorun təqdimatını əsaslandırılmış hesab edib.

Qərara əsasən, Kekalovun həbs müddəti 3 ay uzadılıb.

Qeyd edək ki, "Abzas media” işi üzrə saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, həmçinin digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.
OXŞAR XƏBƏRLƏR