Mehin Hümbətova fərqli obrazda- VİDEO

Mehin Hümbətova fərqli obrazda- VİDEO
MAQAZİN
16:02 01.12.2023
229
Gənc müğənni Mehin Hümbətova fərqli obrazda kamera qarşısına keçib.

AZXEBER.COM xəbər verir ki, söz və musiqisi Rafael Şabanova aid "Oxu tar” adlı bəstənin ekranlaşdırılması  Lənkəranda reallaşıb. Mahnının sözlərinə uyğun olaraq drammatik ab-hava yaradılıb, həmçinin Mehinin moda sahəsinə olan marağı klipində də biruzə verilib.
 
Hümbətova staylinqini özü edib və fashion obrazlarda görünüb. Özünü buruq saçdan başqa sevə bilməyən Mehin tamaşaçıların qarşısına fərqli obrazda çıxmaq istəyib. Meneceri Vuqar Husiyevin təklifi ilə fərqli saç modellərində kamera qarşısına keçən Hümbətova obrazının seviləcəyini düşünür. 

V. Husiyevin prodüserlik etdiyi layihənin rejissoru da Royal Safarovdur. 

Layihə bütün musiqi platformalarında dinləyicilərə təqdim edilib. 

Aysel
OXŞAR XƏBƏRLƏR