Məhkəmə 15 gün vaxt verdi, Akif Çovdarov aclığı dayandırdı

Məhkəmə 15 gün vaxt verdi, Akif Çovdarov aclığı dayandırdı
SOSİAL
17:39 05.12.2016
1199

 

Günün ikinci yarısında davam edən prosesdə Çovdarovun səhhətində olan problemlərlə bağlı məsələlər müzakirə edilib.

 

Vəkillər Çovdarov barəsində ekspertiza keçirilməsini istəyiblər.

 

Bu barədə vəkil Sadiq Rəsulov məlumat verib.

 

O bildirib ki, Çovdarovu müayinə edən həkimlər tərəfindən rəy tərtib olunub: "Rəydə bildirilib ki, Çovdarov barəsində ekspertiza keçirilməsi üçün onun aclıq aksiyasını dayandırması lazımdır. Çovdarov 40 günə yaxındır ki, aclıq edir. Həkimlər deyir ki, yoxlama aparılması üçün xəstənin orqanizm sistemi normal olmalıdır. Çünki Çovdarovun orqanizmi çox zəifləyib".

 

Vəkilin sözlərinə görə, Çovdarov barəsində eskpertiza aparılması üçün məhkəmə tərəfindən 15 gün vaxt verilib: "Bu müddət ərzində onu orqanizminin normalaşması və səhhətinin yaxşılaşması üçün xüsusi nəzarətdə saxlayacaqlar. Çovdarov xüsusi pəhrizlə qidalanacaq. Çovdarovun vəziyyəti normalaşandan sonra onun barəsində eskpertiza aparılacaq".

 

Sadiq Rəsulov onu da qeyd edib ki,  Akif Çovdarov bu gündən aclığı dayandırır: "Bununla da bağlı saxlandığı müəssisənin rəhbərliyinə rəsmi şəkildə məlumat veriləcək".

Proses dekabrın 19-a qədər təxirə salınıb.


/// Lent.az
OXŞAR XƏBƏRLƏR