Məhkəmə bələdiyyənin qərarını qanundan üstün tutdu

Məhkəmə bələdiyyənin qərarını qanundan üstün tutdu
SOSİAL
14:00 08.07.2019
1625
Xalq arasında "kupça" kimi tanınan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (DƏDRX) tərəfindən verilən çıxarış əmlakla bağlı əməliyyatların rəsmiləşdirilməsi üçün ən yüksək və yekun əhəmiyyətli sənəddir. Bu sənəd bu və ya digər əmlakın konkret kimə məxsus olduğunu rəsmən təsdiqləyir. Yalnız məhkəmənin bu sənədi etibarsız hesab etməyə və ya dəyişdirməyə hüququ var. Amma məhkəmələr də, Azərbaycan təcrübəsində göründüyü kimi, bu məsələni elə şərh edir ki, xeyli sayda qeyri-müəyyənlik yaranır...

AZXEBER.COM haqqin.az-a istinadla xəbər verir ki, Mədət Əhmədov 2017-ci ilin may ayında Nərmin Bəxtiyarova və Donara Əlibəylidən Bilgəh qəsəbəsində ümumi sahəsi 15 sot ərazini əhatə edən özəlləşdirilmiş bağ sahəsi alıb. Bu, Bakı ölçülərinə görə kiçik ərazi olsa da, Əhmədov üçün əsas məsələ hər şeyin qanunlar çərçivəsində olması idi. Notariusda müvafiq müqaviləni rəsmiləşdirdikdən sonra Əhmədov tezliklə kupçanı alır və bununla da "hər şeyin həll olunduğunu” düşünərək ərazini hasarlamağa başlayır. Həmin andan etibarən onun uğursuz macəraları başlayır.

Çətinliklə tikilən daş hasar Vasif İsmayılov tərəfindən uçurdulur. İsmayılov sahənin ona məxsus olduğunu və heç kimin burada özbaşına iş görməsinə icazə verməyəcəyini bildirir. O, sözlərinin daha da inandırıcı olduğunu göstərmək üçün Əhmədovun alqı-satqı müqaviləsinin, eləcə də daha əvvəl Yusifova və Əlibəyliyə verilmiş kupçaların əsassız olduğunun təsdiqlənməsi məqsədi ilə məhkəməyə müraciət edir. Özü də olduqca ciddi əsaslar gətirir. Belə ki, qəsəbə bələdiyyəsinin 2007-ci ildəki qərarı ilə torpaq ərazisi ona məxsusdur.

İlk baxışdan hər şey hüquqi tənzimləməyə uyğun gedirdi. Lakin burada kiçik bir "əmma" ortaya çıxır. Məlum olduğu kimi, Bilgəh qəsəbəsi Sabunçu rayonu ərazisində yerləşir, İsmayılov isə nədənsə iddianı Nizami rayon məhkəməsində qaldırıb. Kənardan elə də ciddi nöqsan kimi görünmür. Elə işə baxan hakim Elnur Nuriyev də belə düşünüb. Hərçənd o dəqiq bilməli idi ki, bu, prosessual  qaydanın kobud şəkildə pozulması deməkdir və işə Sabunçu rayon məhkəməsində baxılmalı idi. Amma bu hal E.Nuriyevin V.İsmayılovun xeyrinə qərar qəbul etməsinə mane olmayıb. Daha sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi analoji qərar çıxarıb və qərar ardından Bakı Apellyasiya Məhkəməsi tərəfindən də təsdiq edilib.

Məsələyə bu yerdə nöqtə qoymaq olardı, amma ciddi bir "əmma" ortaya çıxıb. Məhkəmələr həqiqətən çox sayda sənədləri nəzərdən keçirib, müxtəlif orqanlara sorğular göndərib, kadastrı araşdırıb, ekspertlərin fikirlərini öyrənib...
 
Bu sənədlərin siyahısını sadalamaqla oxucunu yormaq istəmirik, xüsusən də sənədlərdə çox sayda anlaşılmaz detalların, bəzən isə ziddiyyətlərin olması fonunda. Ona görə də məsələni qısaca təsvir etmək istəyirik.

İş ondadır ki, Yusifova və Əlibəyliyə ərazi hələ 1996-cı ildə keçmiş Bakı Bağ Təsərrüfatı tərəfindən ayrılıb və onlar sahəni 2017-ci ildə özəlləşdiriblər. İsmayılov isə bu sahni (daha doğrusu bir sahəni) 2007-ci ildə bələdiyyədən alıb. Hər iki tərəfin bu gün istinad etdikləri sənədləri var. Aydındır ki, bələdiyyə torpaq sahəsini orada çoxdan heç kimin görünmədiyinə görə İsmayılova satıb. Eyni sözləri İsmayılov haqqında da demək olar. Əks halda, heç kim yaşayış olan yerdə hasar tikməyə başlamazdı, heç o ərazini satmaq da mümkün olmazdı. Tərəflər, sadəcə, bir-birinin mövcudluğundan xəbərsiz olublar. Bələdiyyə və DƏDRX isə müxtəlif vaxtlarda yalnız kağızları olan boş torpaq sahəsi üçün sənədlər verib. 

Amma məhkəmənin qənaətinə əsasən, ləğv edilən bağ təsərrüfatının balansındakı torpaq sahələrinin mülkiyyətinə keçdiyi Bilgəh qəsəbəsinin bələdiyyəsi yenə də ərazinin satışından öncə "bağçılar"ın fikirlərini öyrənməli idi. Axı arxivlərdə onların ünvanlarını və telefon nömrələrini tapmaq elə də çətin deyil. Bəli, onlar özəlləşdirmə məsələsində gecikiblər, lakin onların da torpaq sahəsində müəyyən hüquqları olub. İndi isə qarışıb vəziyyət yaranıb və mövcud vəziyyətdə məhkəmədən ədalətli qərar gözləməyə dəyməz. Ondansa məhkəmə sistemində islahatların aparılması və ixtisaslaşmış məhkəmələrin fəaliyyət göstərməsi daha yaxşı olardı...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb