Şəki Rayon Məhkəməsi həbsdən çıxdıqdan 15 dəqiqə sonra yenidən cinayət törədən Göyçay şəhər sakini Heydər Heydərli ilə bağlı qərar verib.
AZXEBER.COM "report”a istinadən xəbər verir ki, onun barəsində 2 ay müddətinə polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Eyni zamanda, H.Heydərliyə nəzarət Göyçay Rayon Polis Şöbəsinə həvalə olunub.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Şəki rayon sakininə məxsus "VAZ-2107” markalı avtomobilin şəhər ərazisindən naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırılması barədə polis şöbəsinə məlumat daxil olub.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsi Ağdaş rayonu Yeniarx kəndi ərazisində tərk edilən vəziyyətdə aşkarlanıb və hadisəni törədən şəxsin Göyçay şəhər sakini H.Heydərli olduğu müəyyən edilib.