Məhkəmə Larisa Dolinanın mənzilini alıcılara qaytarmadı

Məhkəmə Larisa Dolinanın mənzilini alıcılara qaytarmadı
MAQAZİN
16:17 08.09.2025
263
Məhkəmə fırıldaqçılar vasitəsilə evi əlindən alınan Larisa Dolinanın mənzilini alıcılara geri qaytarmaqdan imtina edib.
 
AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskvanın Xamovniçeski Məhkəməsinin qərarına əsasən, mənzilin mülkiyyət hüququ müğənnidə qalıb.
 
Alıcı Polina Luryenin alqı-satqı əməliyyatı etibarsız sayılıb.
 
"Moskva Xamovniçeski Məhkəməsinin hökmü dəyişməz qalıb, apellyasiya şikayəti təmin edilməyib", - məhkəmə qərarında deyilir.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Larisa Dolina fırıldaqçılar vasitəsilə Moskvanın mərkəzindəki mənzilini sataraq əmanətlərini onlara verib. Zərər təxminən 120 milyon rubl qiymətləndirilir. Əməliyyat başa çatdıqdan sonra Dolina polislə əlaqə saxlayıb və alıcı Polina Luryeni məhkəməyə verib.
 
 
Aysel
OXŞAR XƏBƏRLƏR