Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzatdı

Məhkəmə Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzatdı
DÜNYA
19:39 04.09.2026
641
İrəvan məhkəməsi "Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın həbs müddətini daha iki ay uzadıb.

Bu barədə Tsarukyanın vəkili bildirib.

Qeyd edək ki, Qaqik Tsarukyan iyulun 7-də iki ay müddətinə həbs edilib. Ona xüsusilə külli miqdarda dələduzluğa köməklik və cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması (pul yuyulması) ittihamları irəli sürülüb.
OXŞAR XƏBƏRLƏR