Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı

Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı
SOSİAL
10:15 06.04.2023
291
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
 
AZXEBER.COM pravda.az-a istinadən bildirir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən "Verona" mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub.

Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.

S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb