"Bu məhkəməyə hörmətsizlikdir”
Amerikalı Klifton Uilyams adlı şəxs məhkəmə salonunda əsnədiyi üçün həbs olunub. ANS PRESS xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı Klifton narkotik satmaqda günahlandırılan əmisi oğlu Ceyson Mayfieldin mühakiməsi zamanı məhkmə salonunda əsnəyib. Bunu görən hakim Daniel Roza Uilyamsa 6 ay həbs cəzası verib. Hakim Kliftonun həbs olunmasının səbəbini belə açıqlayıb: “O, təbii səbəblərə görə əsnəmədi. Məhkəmə prosesinə lağ etmək məqsədilə yüksək səslə əsnədi. Bu məhkəməyə hörmətsizlikdir”.