Məhkəmədən həbs edilmiş partiya sədri ilə bağlı QƏRAR

KRİMİNAL
14:59 15.04.2022
1168
Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətlə bağlı məhkəmə prosesi başa çatıb.

Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Əli Əliyevə beş ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə altı ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Xatırladaq ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-ya məxsus "Mi-17” tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyiblər.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihamçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Əliyev beş ay müddətinə həbs edilib.
 
///APA 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:45 20.05.2022

Bu istiqamətlərdə rus ordusunun 40 hərbçisi məhv edildi

00:34 20.05.2022

Zelenski: "Ukrayna qalib gələcək, amma bu, on minlərlə insanın həyatı bahasına olacaq"

00:28 20.05.2022

Kulebadan SƏRT MESAJ: "Buna heç kimin siyasi hüququ yoxdur, Ukrayna öz qələbəsinin...

00:22 20.05.2022

“Azov” alayının komandir müavini: “Azovstal”da əməliyyat gedir” - VİDEO

00:14 20.05.2022

Çin liderindən Rusiyaya şok mesaj - “Buna görə hansısa ölkəni qurban vermək...”

00:07 20.05.2022

Bürclər bu günə nə deyir?

23:58 19.05.2022

Dünyanı qorxuya salan "meymun çiçəyi" virusu: Əlamətləri nədir?

23:56 19.05.2022

Rihanna ilk övladını dünyaya gətirdi - OĞLU OLDU

23:40 19.05.2022

ÜST Çinin COVID-19 peyvəndi “Convidecia”nın tətbiqini təsdiqlədi

23:26 19.05.2022

Bu ölkə Ukraynaya 25 min ton benzin tədarük edəcək

23:08 19.05.2022

NATO 42 minlik qüvvəni döyüş vəziyyətinə gətirdi - Yeni müharibə baş verəcək?

22:54 19.05.2022

Quterreş Ukraynada atəşkəs üçün hərəkətə keçməyə çağırdı

22:45 19.05.2022

Ərdoğan: "Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsə bilərəm"

22:40 19.05.2022

Mədəniyyət Nazirliyi Vaqif Əsədovun ölümü ilə bağlı nekroloq yaydı

22:33 19.05.2022

“Mercedes-Benz” 17 000-dən çox avtomobili geri çağırır - Səbəbi AÇIQLANDI

22:27 19.05.2022

Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün ən vacib şərtini açıqladı