“Ramiz Mehdiyev ilə Əli Kərimlinin çirkin əməkdaşlığı..” - Deputat

“Ramiz Mehdiyev ilə Əli Kərimlinin çirkin əməkdaşlığı..” - Deputat
SİYASƏT
12:24 02.12.2025
640
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli həbs edilib. Qərara əsasən Əli Kərimli barəsində 2 ay 13 gün həbs qətimkan tədbiri seçilib. O, məhkəmədən birbaşa DTX-nin istintaq təcridxanasına aparılıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov AZXEBER.COM-a açıqlamasında deyib ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi təsadüfi deyil:

 "Əli Kərimli Ramiz Mehdiyevlə birləşərək dövləti zorla ələ keçirməkdə gunahlandırılır. 
Ramiz Mehdiyevin uzun illər yüksək dövlət vəzifəsində təmsil olunaraq və özünün səlahiyyətlərini aşaraq ayrı-ayrı vəzifəli şəxslərlə yanaşı siyasi partiya və onların liderlərini də öz təsiri altına sala bilib. Ramiz Mehdiyevin istintaqa verdiyi ifadələr və DTX-nin istintaq zamanı axtarışları nəticəsində əldə etdiyi sənədlər və dəlillər onun Əli Kərimli ilə törədilmiş cinayətdə əlbir olmasına şübhə yeri qoymur. Bu günə qədər aparılmış istintaq nəticəsində Ramiz Mehdiyevlə Əli Kərimlinin çirkin əməkdaşlığı barədə kifayət qədər sübüt və dəlilər mövcudluğu da şübhəsizdir”. 

Parlamentari qeyd edib ki, Ramiz Mehdiyev və onunla birlikdə olanlar Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətə görə mühakimə olunacaqlar:

"Ramiz Mehdiyev və onunla birlikdə olanlar Azərbaycanın dövlətçiliyinə və milli maraqlarına qarşı törətdikləri xəyanətə görə mühakimə olunacaqlar. Bu gün Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Dövlətimizin gündən günə çoxalan müttəfiq və dostluqları ilə yanaşı bu uğurları qəbul edə bilməyənlər də artır. Amma heç kim unutmasın ki, Cənab Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinə və suverenliyinə qarşı təhlükəyə çevrilmiş həm xarici, həm də daxili qüvvələrlə uğurla mübarizə aparır. Azərbaycan xalqı da hər zaman  dövlətimizi və dövlətçiliyimizi qoruya bilməsi üçün qalib Prezidentimiz ətrafında sıx birləşəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR