ABŞ-da prezident Barak Obamanın siyasi rəqibləri ona qarşı yeni məhkəmə surprizləri hazırlayıblar.Ölkənin ikinci ən böyük məhkəməsi sayılan Vaşinqton Apellyasiya məhkəməsi Obamanın imzaladığı səhiyyə qanununun qeyri-leqal olduğuna dair qərar çıxarmaqla prezidentin əsas başağrısı olan səhiyyə proqramının gələcəyini sual altına almış olub.Bir neçə gün əvvəl isə Senatın spikeri Boner prezident Obamaya qarşı məhkəmə işi qaldırdığını bəyan edib. O, prezidenti səhiyyə qanununu birtərəfli surətdə imzalamaqla ölkədə hakimiyyət balansını pozmaqda ittiham edib.ANS TV-nin Vasinqton bürosundan verilən məlumata görə, ABŞ prezidenti Barak Obamaya qarşı aparılan mübarizəyə səbəb onun 2010-cu ildə məişətdə “Obamakeyr” yəni “Obamanın qayğısı” kimi adlandırlan qanunla səhiyyə sistemində islahatlar aparılmasını nəzərdə tutan sistemə müqavimət göstərməsi olub.Vaşinqtonda Apellyasiya Məhkəməsində məsələ qaldıran şikayətçilər idda edirlər ki, məhz bu qanun qüvvəyə minəndən sonra daha çox vergi ödməli olublar ki, bu da onların sosial rifahına güclü zərbə vurub. Bu xəbər proqramından bəhrələnmiş Amerikanın orta və az gəlirli ailələri üçün pis xəbər olduğu kimi respublikaçı siyasətçilər və onları dəstəkləyənlər üçün isə xoş xəbər olub.Xatırladaq ki, hələ keçən il də bu qanun ətrafında siyasi mübahisələr yaşanmışdı. Qaldırılmış bu məhkəmə prosesi Barak Obama prezident kürsünü tərk etdikdən sonra hələ uzun illər davam edə bilər.