Məhkum üçün aparılan meyvənin içindən marixuana çıxdı - FOTOLAR

KRİMİNAL
12:08 19.11.2013
2446

2 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

AZXEBER.COM Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata istinadən xəbər verir ki, 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü Əsgərov Emin Şahin oğlu üçün qardaşı Əsgərov Əsgərin gətirdiyi sovqata baxış keçirilib.Baxış keçirilərkən 2 (iki) ədəd xurma meyvəsinin içərisində gizlədilmiş hər birində 1 (bir) büküm, ümumi çəkisi 1,87 qram narkotik maddə marixuana və 2 (iki) ədəd xurma meyvəsinin içərisində hər birində 10 ədəd mənşəyi məlum olmayan həblər aşkar edilərək götürülüb.Hazırda fakt üzrə araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR