Məhkum öz ətini kəsib yedi - Həbsxanada dəhşətli hadisə

DÜNYA
00:12 01.08.2013
1938

Tibb məntəqəsinə çatdsırılan məhkumun ruhi xəstə olduğu üzə çıxıb.

Türkiyənin Tekirdağ vilayətindəki həbsxanada dəhşətli hadisə baş verib. Yerli mətbuatın xəbərinə görə, 38 yaşlı məhkum meyvə bıçağı ilə ayağının baldırını kəsərək bişirib və yeyib. Ayağından qan axdığı üçün tibb məntəqəsinə çatdırılan məhkumun ruhi xəstə olduğu bildirilib. Məlumata görə, 10 ildir Tekirdağ “F” (fərdi) tipli həbsxanada məhkumluq həyatı yaşayan A.T. ayağının baldır hissəsindən 5 cm ət kəsib. Əti suda bişirən məhkum sonra bunu yeyib. Daha sonra tibb məntəqəsinə çatdırılan məhkumun baldırına tikiş vurulub. Qeyd edək ki, psixoloji problemi olduğu bildirilən məhkumun daha əvvəl də intihara cəhd etdiyi qeyd edilib.(anspress)

OXŞAR XƏBƏRLƏR