10:21 Cümə, 06 Dekabr 2019
KRİMİNAL

Məhkumlardan mobil telefon aşkar olunaraq götürülüb

13:06, 25.12.2013985
Məhkumlardan mobil telefon aşkar olunaraq götürülüb

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan olunmuş əşyalar aşkar olunaraq götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 221.2.1, 221.3, 228.4, 234.1 və 317-2.1 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Nəriman Kərim oğlu Qurbanəliyevin saxlandığı kameraya və üzərinə baxış keçirilib. Bu zaman onun əynində olan idman şalvarının cibindən daxilində danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında cəza çəkən 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 183.3.3 və 67.1 maddələri ilə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Ceyhun Hakim oğlu Əhmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Həmin vaxt kameranın sanitar qovşağının qapısının sağ tərəfində kustar üsulla hazırlanmış gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.Faktlar üzrə araşdırma aparılır.

XƏBƏR LENTİ