Mehman Əliyevin apellyasiya şikayəti təmin edilməyib

Mehman Əliyevin apellyasiya şikayəti təmin edilməyib
SOSİAL
16:28 30.08.2017
1567

Bu gün Bakı Apellyasiya Məhkəməsində "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. 

AZXEBER.COM-un məlumatına görə, məhkəmə qərarına əsasən, M.Əliyevin apellyasiya şikayəti təmin edilməyib.

Birinci instansiya məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, M.Əliyev avqustun 25-də Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə çağırılıb. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 213.1-ci (vergidən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittihamlar irəli sürülüb, barəsində cinayət işi başlanıb.

Avqustun 26-da isə M.Əliyevin barəsində CM-nin 192.2-ci (qanunsuz sahibkarlıq, eyni əməllər) maddəsi ilə ittiham irəli sürülüb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Əliyevin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

OXŞAR XƏBƏRLƏR