Mehman Hüseynov azadlıqda

Mehman Hüseynov azadlıqda
00:15 14.06.2012
1813
RATİ-nin əməkdaşı fotoreportyor Mehman Hüseynov azad edilib.AZXEBER.COM-un məlumatına görə, o özü bu haqda şəxsi facebook səhifəsində yazıb: "Əziz dostlar dəstək verdiyinizə görə təşəkkür edirəm! Mən qayıtdım".

Qeyd edək ki, M.Hüseynov ötən gün polis tərəfindən saxlanılmışdı və ona qarşı Cinayət Məcəlləsinin 211.1(xuliqanlıq) maddəsi ilə ittiham olunansa da, ittiham sonradan dəyişdirilərək Cinayət Məcəlləsinin 221.2.2 ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Məhkəmə qərarından sonra isə həbs qəti imkan tədbiri götürülüb, cinayət işi isə saxlanılıb.

OXŞAR XƏBƏRLƏR