Bu gün Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilən tanınmış bloqqer Mehman Hüseynov 1 saylı Bakı İstintaq Təcridxanasına aparılıb.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkil əlavə edib ki, hökmlə bağlı sənədi əldə etdikdən sonra Suraxanı rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəklər.