Mehmanla Xəyyam illərlə küsülü olub

Mehmanla Xəyyam illərlə küsülü olub
MAQAZİN
12:01 17.10.2025
103
"Rəngarəng" verilişində qonaq olan meyxana ustadı Mehman Əhmədli haqqında bu günə qədər heç kəsin bilmədiyi fakt açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, onun mərhum həmkarı Xəyyam Əhmədli ilə son nəfəsinə qədər küsülü olduğu ortaya çıxıb.
 
Bu xəbəri söz ustadı özü də təsdiq edib:
 
"Burada başqa məsələlər var, efirdə bu söhbəti etmək istəmirəm. Bəli, küsülü olmuşuq. Amma o xəstələnəndə yanında ən birinci mən olmuşam. Özümdən başqa heç kimi yox idi. Onun xəstəxana xərclərinə qədər biz yığışıb ödəmişik. Onun xəstəliyi ictimailəşəndən sonra yanına artıq başqaları toplaşdı, biz uzaqlaşdıq. Amma dəstəyimizi verirdik. Xəstə yatağında telefonla danışdıq, səhərisi gün də görməyə gedəcəkdim, eşitdim ki, rəhmətə gedib. Dəfninə gəlmişdim, Allah ona rəhmət eləsin".
 
Aysel
OXŞAR XƏBƏRLƏR