Mehmanxanada doğduğu üçün işdən çıxarıldı

DÜNYA
09:57 16.11.2012
1604
Qadın otel rəhbərliyinə qarşı 10 milyon dollarlıq təzminat iddiası qaldırıbNyu-Yorkun tanınmış mehmanxanalarından birində çalışan Tara Tan adlı xanım doğuş sancıları başladıqda xəstəxanaya çata bilməyəcəyindən otel otaqlarından birində körpəsini dünyaya gətirib.Mehmanxana rəhbərliyi «şirkətin mədəni xidmətinə» yaraşmayan davranış kimi bunu dəyərləndirərək, onu işdən azad edib. Tara Tan isə qarşılığında otel qarşı məhkəmədə 10 milyon dollarlıq təzminat iddiası qaldırıb.«New York Post» qəzetinə danışan qadın doğum zamanı ərinin telefon vasitəsi ilə həkimdən məsləhət aldığını da söyləyib. 40 yaşlı Tan bildirib ki, otel rəhbərliyi bu yaşda və uşaq sahibi olan qadınların orada işləməsinə çox yaxşı baxmır və onları çeşidli bəhanələrlə işdən azad edir.Mehmanxana rəhbərliyi hələlik bu iddialara cavab verməyib.
//Lent.az

OXŞAR XƏBƏRLƏR