“Mehmed: Fəthlərin Sultanı” serialında yeni sima

“Mehmed: Fəthlərin Sultanı” serialında yeni sima
MAQAZİN
15:26 05.06.2025
357
 
"TRT 1"in sevilən və geniş izləyici auditoriyasına sahib olan tarixi serialı "Mehmed: Fəthlərin Sultanı"nın aktyor heyəti böyüməyə davam edir. 

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, rejissorluğunu Şafak Balın, ssenari müəllifliyini isə Serdar Özönalanın etdiyi bu möhtəşəm layihədə baş rolu Serkan Çayoğlu canlandırır.
 
Serial Osmanlı Sultanı II Mehmedin (Fatih Sultan Mehmed) həyatından və tarixi fəthlərindən bəhs edir. Çəkilişləri böyük büdcə və diqqətli hazırlıqla reallaşan serial çərşənbə axşamları TRT 1-də yayımlanır.

Məşhur aktyor Gürkan Uygun serialın sezon finalı bölümü olan son seriyada tamaşaçı qarşısına çıxıb. Onun seriala daxil olması izləyicilər və serialın pərəstişkarları arasında böyük maraq və həyəcanla qarşılanıb. Gürkan Uygunun canlandıracağı obraz və bu obrazın hadisələrin gedişinə necə təsir edəcəyi növbəti mövsümdə bəlli olacaq.

Qeyd edək ki, Gürkan Uygun daha əvvəl də bir çox tarixi və dram janrında olan seriallarda uğurlu çıxışları ilə tanınıb və aktyorluq bacarığı ilə tamaşaçılardan yüksək rəğbət qazanıb. Onun "Mehmed: Fəthlərin Sultanı" serialına qatılması layihəyə əlavə maraq qatacağı gözlənilir.
 
Aysel

OXŞAR XƏBƏRLƏR