Mehriban Ələkbərova işdən çıxarılıb? - AÇIQLAMA

Mehriban Ələkbərova işdən çıxarılıb? - AÇIQLAMA
SOSİAL
18:04 21.05.2025
2197
Bakı ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova işdən çıxarılması haqda xəbərlər yayımlanıb.
 
AZXEBER.COM mövzu ilə bağlı Bakı şəhər Təhsil İdarəsinə sorğu ünvanlayıb.
 
İdarədən sorğuya cavab olaraq bildirilib:
 
"Bakı şəhəri 158 nömrəli tam orta məktəbin direktoru Mehriban Ələkbərova səhhəti ilə bağlı xəstəlik vərəqəsi əsasında işə çıxmadığı üçün direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.

Mehriban Ələkbərova işə qayıtdıqdan sonra onun barəsində qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur". 
 
Günel Hüseynli
 
OXŞAR XƏBƏRLƏR