Mehriban Əliyeva: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm”

Mehriban Əliyeva: “Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm”
SİYASƏT
16:15 18.08.2019
4845
"Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin bir qrup məzunu ilə Vətənimiz naminə, Azərbaycan torpaqlarının işğalçılardan azad edilməsi naminə həyatından keçən şəhidlərin işıqlı xatirəsini yad etdim. Bu insanların qəhrəmanlığı qarşısında baş əyirəm.

AZXEBER.COM xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram” səhifəsində yer alıb.
 
Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm. Onların şücaəti, onların adları Azərbaycan tarixinə və Azərbaycan xalqının qəlbinə əbədi olaraq həkk olunub.

Allah rəhmət eləsin.

Ulu Tanrı hər zaman Azərbaycanı qorusun!”


OXŞAR XƏBƏRLƏR