Mehriban Əliyeva azərbaycanlıları təbrik etdi

Mehriban Əliyeva azərbaycanlıları təbrik etdi
SİYASƏT
13:06 31.10.2019
4735
Birinci vitse-prezident Mehriban Əliyeva Bakının UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində paylaşım edib.

"Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr - Dünya Şəhərlər Günündə "dizayn” tematikası üzrə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!” deyə, paylaşımda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR