Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik etdi

Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik etdi
SOSİAL
23:52 23.05.2024
228
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində cüdoçu Zelim Kotsoyev dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib. 

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, paylaşımda deyilir:

"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti - 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".
OXŞAR XƏBƏRLƏR