Mehriban Əliyeva ilin idman xadimi seçildi

İDMAN
22:22 21.12.2015
2162

Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) çoxillik ənənəsinə sadiq qalaraq 2015-ci ilin idman laureatlarının adlarını açıqlayıb.

AZXEBER.COM-un məlumatına görə,AİJA Azərbaycanın birinci xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı ilin idman xadimi elan edib.

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) isəilin idmanı ən yaxşı işıqlandıran informasiya agentliyielan olunub.

İlin idman təşkilatçısı“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov seçilib.

Cariilin idman jurnalistləriisə Səadət Hakıyeva (“Olimpiya dünyası”), Həbib Aslanov (“Futbol+”), Anar Əhmədov (“Olimp sport”), İbrahim Şükürov (“Yeni həyat”, Masallı), Sahib Əsədbəyli (“Ədalət”), Sənan Şəfizadə (ATV), Tengiz Məmmədov (APA) və Kənan Məstəliyev (rekord.az) olublar.

İlin fotoreportyoruEldəniz Bədəlov (AFFA, “Futbol dünyası”) elan edilib.

“Olimpiya dünyası”, “Futbol+”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Exo”ilin idman qəzetləri, İctimai Televiziya isə telekanallar sırasında fərqləniblər.İlin idman radiosunominasiyası üzrə “Azərbaycan Radiosu” elan olunub.

Əbülqasım Novruzovun “Şuşalı Qaçay pəhləvan” kitabıilin idman nəşriseçilib.

Laureatlar sırasında Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti, həmçinin “apasport.az” və “report.az” portalları da var.

Boyanka Kostova (ağırlıqqaldırma, dünya çempionu), İrina Zaretska (karate üzrə birinci Avropa Oyunlarının çempionu), İradə Əliyeva (nizəatma üzrə dünya çempionu (paralimpiya), Elvin Məmişzadə (boks, dünya çempionu), İlham Zəkiyev (cüdo, Avropa çempionu, dünya kubokunun qalibi (paralimpiya), Oleq Stepko (idman gimnastı, Avropa oyunlarında 5 medal qazanıb)ilin idmançısıseçiliblər.

“Qarabağ” futbol klubu, boks (kişilər) və taekvondo üzrə milli komandalarilin komandasınominasiyasının qalibi olub.

Pedro Roque (Boks üzrə milli komanda), Qurban Qurbanov (“Qarabağ” futbol klubu) və Reza Mehmandost (Taekvondo üzrə milli komanda)ilin baş məşqçilərielan ediliblər.

İlin idman hakimiƏliyar Ağayev (Futbol),idman azarkeşiisə Fədai Rəhimov olublar.

OXŞAR XƏBƏRLƏR