Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik etdi
SİYASƏT
13:46 25.11.2020
1373
Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə paylaşım edib.

AZXEBER.COM-un məlumatına görə, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"
 

OXŞAR XƏBƏRLƏR