Mehriban Əliyeva: ‘Tanrı Azərbaycanı hər zaman qorusun!’

SİYASƏT
23:51 12.06.2015
1475
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva I Avropa Oyunlarını n açılış mərasimində çıxış edib. APA TV-nin məlumatına görə, Mehriban Əliyeva bu cür nüfuzlu tədbirə ev sahibliyini Azərbaycan üçün böyük uğur kimi qiymətləndirib."Müstəqillik illərində əldə etdiyimiz uğur və nailiyyətlər nəticəsində bu gün Bakıda Avropa Olimpiya hərəkatı tarixində yeni səhifə açılır. Bu səhifəni biz yazırıq. Bu səhifəni Azərbaycan xalqı yazır. Qoy, Tanrı Azərbaycanı hər zaman qorusun!"Mehriban Əliyeva Bakının ev sahibi seçilməsinə görə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkiyə, Oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürünü bildirərək əminliklə qeyd edib ki, qarşıdakı illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və “Bakı-2015”in parlaq ruhunun atəşi orada olacaq.Azərbaycanın birinci xanımı xatırladıb ki, Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycan 2017-ci ildə İslam həmrəyliyi Oyunlarını qəbul edəcək:"Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır. İşə sadiqliyimiz və yorulmaz fəaliyyət nəticəsində vaxt məhdudluğunu dəf edərək, Avropa Oyunlarını cəmi 2,5 il ərzində hazırladıq".
OXŞAR XƏBƏRLƏR