Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO

Mehriban Əliyeva Türkiyəyə təşəkkür etdi - FOTO
SİYASƏT
14:20 15.04.2020
2319

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram” hesabında koronavirusla mübarizədə ölkəmizə dəstək verdiyi üçün Türkiyəyə təşəkkür edib. 

AZXEBER.COM xəbər verir ki, paylaşımda deyilir: 

"Qardaş Türkiyəyə dərin minnətdarlığımı bildirirəm! Ölkələrimiz daim bir-birinin yanındadır – həm sevincli günlərdə, həm çətin sınaq günlərində.

Bizim birliyimiz, bizim gücümüz bundadır! Xalqlarımıza möhkəm cansağlığı, ölkələrimizə sülh və əmin-amanlıq arzulayıram! Qoy Uca Tanrı dünyamızı qorusun!”

 


 

OXŞAR XƏBƏRLƏR