Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”

Mehriban Əliyeva: “Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”
SİYASƏT
12:30 18.10.2020
859
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın Milli Müstəqillik Günü ilə bağlı paylaşım edib.

AZXEBER.COM-un xəbərinə görə, paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!”.

OXŞAR XƏBƏRLƏR