Mehriban Əliyeva Zəngilanda çörək kəsdi - VİDEO

Mehriban Əliyeva Zəngilanda çörək kəsdi - VİDEO
SİYASƏT
23:37 27.05.2022
522
Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı və xanımı kəndin ictimaiyyət nümayəndələri ilə görüşüblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndindəki "Rahat" marketə də baş çəkiblər. Birinci xanım mağazada satılan isti təndir çörəyinin dadına baxıb. Daha sonra dövlət başçısı ilə birlikdə marketdə yaradılan şəraitlə tanış olublar.
 

OXŞAR XƏBƏRLƏR