"Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir" - Yusuf Məmmədəliyev

"Mehriban Əliyevanın rəhbərliyi altında gimnastika növləri sürətlə inkişaf edir" -  Yusuf Məmmədəliyev
SOSİAL
20:46 27.04.2018
7099
Mehriban Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün görülmüş işlər sayəsində gimnastika növləri sürətlə inkişaf edir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bədii gimnastika üzrə FIG Dünya Kubokunun açılış mərasimində çıxışı zamanı deyib.

Y.Məmmədəliyev bildirib: "Xanımlar və cənablar! Hörmətli qonaqlar! Əziz idmançılar və idman sevənlər! Azərbaycanda təşkil edilən daha bir mötəbər yarışın - bədii gimnastika üzrə Dünya Kubokunun bütün iştirakçılarını Milli Gimnastika Arenasında səmimiyyətlə salamlayır, ölkəmizin bütün qonaqlarına "xoş gəlmişsiniz" deyirəm!"

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu gün Azərbaycan irimiqyaslı beynəlxalq yarışlara, o cümlədən Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır: "Yeri gəlmişkən, məhz bu günlərdə Dünyanın məşhur Formula 1 ulduzları Qran Pri yarışları çərçivəsində şəhərimizin mərkəzi küçələrində öz məharətlərini nümayiş etdirir. Əminəm ki, həmişə olduğu kimi, bu yarışlar da uğurla keçiriləcək, ölkəmiz bir daha öz qonaqpərvərliyi ilə yaddaşlarda qalacaq.

Son illər ölkəmizdə gənc qızların sevimli idman növünə çevrilmiş bədii gimnastika üzrə ulduzların zərif və füsunkar çıxışlarını izləyirik. Artıq Bakıda formalaşmış bədii gimnastika məktəbinin yetirmələri məşhur gimnastlarla mübarizə aparır və beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər. Bütün bu uğurlar hamımızı sevindirir və fərəhləndirir. Təbii ki, bu nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin düzgün idman siyasətinin və gənclərin inkişafına göstərilən diqqətin nəticəsidir".

Y.Məmmədəliyev vurğulayıb ki, ölkənin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında gimnastikanın inkişafı üçün görülmüş işlər sayəsində gimnastika növləri sürətlə inkişaf edir. Gimnastlarımız üçün yaradılan şəraitdən təkcə yerli idmançılarımız deyil, təlim-məşq toplanışlarına və yarışlara qatılan gimnastlar da bəhrələnir:

"Bugünkü möhtəşəm Dünya Kubokunda iştirak etmək üçün Azərbaycana 25 ölkədən idmançılar təşrif buyurub. Şübhəsiz ki, gimnastların medallar uğrunda gərgin mübarizəsi bizə bir daha həyəcanlı anlar yaşadacaq, gimnastika bayramının bir parçası olmaq imkanı verəcək. Ən əsası isə hazırkı yarış gimnastlarımızın ustalığının yüksəlməsinə, bu idman növünə marağın daha da artmasına və sonrakı inkişafına öz töhfəsini verəcək.

Diqqətinizə görə təşəkkürümü bildirirəm, gimnastlara uğur arzulayır və bununla da bədii gimnastika üzrə Dünya Kubokunu açıq elan edirəm!"
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək